Dövlət Təhlükəsizliyi Xidməti Levan Xabeişvilini rüşvət şəklində məmurlara pul vəsaitlərinin açıq şəkildə vəd olunması ittihamı ilə saxlayıb
Dövlət Təhlükəsizliyi Xidməti “Milli Hərəkat”ın Siyasi Şurasının üzvü Levan Xabeişvilini rüşvət şəklində məmurlara pul vəsaitlərinin açıq şəkildə vəd olunması ittihamı ilə saxlayıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə məlum olub.
“İş rüşvət şəklində məmurlara pul vəsaitlərinin açıq şəkildə vəd olunması faktından gedir. Konkret olaraq, siyasi partiyalardan birinin nümayəndəsi Levan Xabeişvili ictimai məkanda televiziya və sosial şəbəkələrdə çağırışlar yayırdı və DİN-in Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları hakimiyyətə qarşı keçirilən aksiyalarda vəzifələrini yerinə yetirməkdən imtina edəcəkləri təqdirdə, güc strukturlarının əməkdaşlarına rüşvət verəcəyini vəd edirdi.
Bu cür hərəkəti edənə Levan Xabeişvili 200 000 ABŞ dolları ödəniləcəyini açıq şəkildə vəd edirdi. Bundan başqa, Levan Xabeişvili vəzifə fəaliyyəti ilə bağlı müxtəlif növ məlumat və məxfi materialı verəcək olan polis əməkdaşlarına rüşvət şəklində 200 000 ABŞ dolları ödəniləcəyini açıq şəkildə vəd edib. O, bəhs olunan vəsaiti Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşlarına təlim və məşqdən imtina etmələri halında da rüşvət şəklində vəd edib.
Levan Xabeişvili həmçinin açıq şəkildə bəyan edib ki, polislərə vəd edilən məbləğin ödənilməsini məqsədəuyğun hesab edir, çünki hakimiyyəti dəyişmək üçün istənilən üsuldan istifadə edilməlidir. Xabeişvili tərəfindən törədilmiş və davamlı, sistemli xarakter daşıyan əməldə Gürcüstan Cinayət Məcəlləsinin 339-cu maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayətin bütün əlamətləri olduğuna görə, o bizim tərəfimizdən, təqsirləndirilən şəxs qismində hakimin qərarı əsasında saxlanılıb. Cinayət 4 ildən 7 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur” – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin birinci müavini Laşa Mağradze bildirib.