Dövlət Təhlükəsizliyi Xidməti Levan Xabeişvili ilə birlikdə Murtaz Zodelavanı da saxlayıb
Dövlət Təhlükəsizliyi Xidməti “Milli Hərəkat”ın Siyasi Şurasının üzvü Levan Xabeişvili ilə birlikdə “Milli Hərəkat”ın üzvü Murtaz Zodelavanı da saxlayıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə DTX-nın rəisinin birinci müavini Laşa Mağradze deyib.
“Levan Xabeişvili saxlanılarkən onunla birlikdə Murtaz Zodelava da saxlanılıb. Xabeişvili saxlanılan kimi mobil telefonunu ona verdi, Zodelava isə sözügedən telefonu gizlətmək məqsədilə qaçmağa cəhd etdi, bu zaman Antikorrupsiya Agentliyinin əməkdaşlarına fiziki müqavimət göstərdi və onlardan birinə qarşı zorakılıq törətdi. Onun əməli Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə tövsif ediləcək, bu da 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur” – Dövlət Təhlükəsizliyi Xidmətində bildiriblər.
Məlumat üçün bildirək ki, bir az bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidməti “Milli Hərəkat”ın Siyasi Şurasının üzvü Levan Xabeişvilini rüşvət şəklində məmurlara pul vəsaitlərinin açıq şəkildə vəd olunması ittihamı ilə saxlayıb.