Dövlət Təhlükəsizliyi Xidməti - İşğalçı qüvvələr tərəfindən Xurvaleti kəndi yaxınlığında mayın 19-da qanunsuz olaraq saxlanılan Tenqiz Koraşvili azaddır
Dövlət Təhlükəsizliyi Xidməti - İşğalçı qüvvələr tərəfindən Xurvaleti kəndi yaxınlığında mayın 19-da qanunsuz olaraq saxlanılan Tenqiz Koraşvili azaddır

 

İşğalçı qüvvələr tərəfindən Qori Munisipalitetinin Xurvaleti kəndi yaxınlığında cari ilin mayın 19-da qanunsuz olaraq saxlanılan Tenqiz Koraşvili azaddır. Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

Qurumun məlumatına əsasən, Koraşvili mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir.

“İşğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işi davam etdiririk” – Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir.