Dövlət Təhlükəsizliyi Xidməti - İrakli Ğaribaşvili Antikorrupsiya Agentliyində dindirilib, o, istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etməsi faktını etiraf edib
Dövlət Təhlükəsizliyi Xidməti - İrakli Ğaribaşvili Antikorrupsiya Agentliyində dindirilib, o, istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etməsi faktını etiraf edib

 

Sabiq baş nazir İrakli Ğaribaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyində dindirilib, o, istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etməsi faktını etiraf edib – bu haqda Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bildiriblər.

“Müvafiq olaraq, növbəti günlər ərzində istintaq mövcud və əlavə əldə olunmuş sübutlar əsasında, onun hərəkətlərinin hüquqi qiymətləndirilməsi, eləcə də onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsini müzakirə edəcək, bu barədə ictimaiyyətə də məlumat veriləcək” – Dövlət Təhlükəsizliyi Xidmətində qeyd edirlər.

Məlumat üçün bildirək ki, oktyabrın 17-də İrakli Ğaribaşvili, Qriqol Liluaşvili, Otar Partsxaladze və onlarla əlaqəli ümumilikdə 8 nəfərin evlərində axtarış aparılıb. Prokurorluqda bəyan etdikləri kimi, müxtəlif elektron qurğular, sənədlər və külli miqdarda pul vəsaiti götürülüb.