Dövlət Təhlükəsizliyi Xidməti – Gürcüstanın dövlət maraqlarının zərərinə xarici ölkədən idarə olunan və Gürcüstandan dəstəklənən diskreditasiya kampaniyası ilə bağlı sabotaj maddəsi ilə istintaq başladılıb

22:55, 05.08.2026

 

Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Təhlükəsizliyi Departamenti Gürcüstanın dövlət maraqlarının zərərinə xarici ölkədən idarə olunan və Gürcüstandan dəstəklənən diskreditasiya xarakterli informasiya kampaniyası ilə bağlı sabotaj maddəsi ilə istintaq başladıb.

Qurumun məlumatına əsasən, müxtəlif sosial platformalarda xarici ölkədə qeydiyyatdan keçmiş və idarə olunan saxta dırnaqarası bot hesablar vasitəsilə Gürcüstanın maraqlarına qarşı diskreditasiya məzmunlu məlumatın məqsədyönlü şəkildə yayılmasından söz gedir, bu da Gürcüstanın iqtisadi maraqlarına zərər vurmağa xidmət edir.

“Kampaniyanın məqsədi dezinformasiya yaymaqla Gürcüstanda Rusiya Federasiyasından gələn turistlər üçün arzuolunmaz mühitin yaradıldığına dair saxta qavrayış yaratmaqdır. Bu mərhələdə “X” sosial platformasında qeydiyyatdan keçmiş bir neçə saxta hesabda müxtəlif mövzularda, konkret olaraq, guya Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasından gələn turistləri meşədə tək qoyması və ya gürcü restoranlarında onların sifariş etdiyi yeməkləri qəsdən çirkləndirdiklərinə və s. dair dezinformasiyanın yerləşdirildiyi məlumdur. Oxşar məzmunlu saxta məlumat daha sonra, müəyyən zaman intervalları ilə, xarici ölkədə qeydiyyatdan keçmiş və çoxmilyonlu auditoriyası olan onlayn media vasitələrindən biri tərəfindən koordinasiyalı şəkildə yayılırdı.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə başladılıb, bu da Gürcüstanın dövlətçilik maraqlarına təhlükə yaratmaq məqsədilə dövlət müəssisəsinin və ya digər mühüm obyektlərin normal fəaliyyətinə maneə olmağı və ya onlara zərər vurulmasını/məhv edilməsini nəzərdə tutur. Cinayət 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. İstintaq çərçivəsində dezinformasiya kampaniyasının təşkilatçılarını, iştirakçılarını, ehtimal olunan maliyyə mənbələrini, məlumatın yayılma mexanizmlərini və onun məqsədlərini müəyyən etmək üçün qanunla nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri aparılır. Dövlət Təhlükəsizliyi Xidməti bu cür dezinformasiya kampaniyalarının vaxtında aşkarlanması və onlardan gələcək təhlükələrin qarşısının alınması məqsədilə işini davam etdirir; kənar və ya daxili qüvvələr tərəfindən idarə olunan, Gürcüstanın milli maraqlarını pozmağa, dövlət təsisatlarını destabilləşdirməyə, konstitusiya quruluşunu pozmağa və ya milli təhlükəsizliyə zərər vurmağa yönəlmiş istənilən əmələ müvafiq hüquqi cavab veriləcək” – yayılan məlumatda deyilir.

Oxşar