Dövlət Təhlükəsizliyi Xidməti – Güc strukturunun keçmiş əməkdaşı Qeka Qeladze və Tsotne İvanişvilinin adından istifadə edərək iki təqsirləndirilən şəxsin ailə üzvlərindən aldatma yolu ilə cəmi 11 300 lari alıb, bir nəfər saxlanılıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşları aparılmış əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində böyük məbləğdə dələduzluq faktı üzrə təqsirləndirilən şəxs qismində bir nəfəri saxlayıblar — bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir.
Onların verdiyi məlumata əsasən, istintaqla müəyyən edilib ki, güc strukturlarından birinin keçmiş əməkdaşı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qeka Qeladze və “Gürcü Arzusu”nun fəxri sədrinin oğlu Tsotne İvanişvilinin adından istifadə edərək, cinayət işlərindən biri üzrə cəzaçəkmə müəssisəsində olan iki təqsirləndirilən şəxsin ailə üzvlərindən onları həbsxanadan azad edəcəyi və sonradan prosessual razılaşma bağlayacağı vədi müqabilində aldatma yolu ilə müxtəlif vaxtlarda cəmi 11 300 lari alıb.
“İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi ilə aparılır, bu da cəza növü kimi 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur” — Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.