Dövlət Təhlükəsizliyi Xidməti - Cuanşer Burculadze saxlanılarkən bildirib ki, Kaxetidə kvadrosikldən yıxılıb, bu səbəbdən yüngül beyin silkələnməsi alıb və tibb müəssisəsinə aparılmasını tələb edib
Cuanşer Burculadze saxlanılarkən bildirib ki, Kaxetidə bir neçə gün əvvəl kvadrosikldən yıxılıb və yüngül beyin silkələnməsi alıb, bu səbəbdən həkim tərəfindən yataq rejimi təyin edilib və tibb müəssisəsinə aparılmasını tələb edib – bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində bildiriblər.
“Müvafiq olaraq, məlum səbəblərə görə, DTX-nın Antikorrupsiya Agentliyi onun tutulmasını əks etdirən görüntüləri yaymaqda təmkinli davranır” – Dövlət Təhlükəsizliyi Xidmətində bildiriblər.
Dövlət Təhlükəsizliyi Xidmətində bu gün keçirilən brifinqdə bəyan ediblər ki, “keçirilmiş əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində siyasi vəzifə tutan şəxs tərəfindən vəzifə səlahiyyətindən sui-istifadə və xüsusilə külli miqdarda gəlir əldə olunması ilə müşayiət olunan qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə məhkəmənin qərarı əsasında Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burculadze saxlanılıb”.