Dövlət Təhlükəsizliyi Xidməti antiterror əməliyyatları çərçivəsində bir neçə xüsusi əməliyyat keçirib, iki nəfər saxlanılıb
Dövlət Təhlükəsizliyi Xidməti antiterror əməliyyatları çərçivəsində bir neçə xüsusi əməliyyat keçirib, iki nəfər saxlanılıb

 

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən antiterror əməliyyatları çərçivəsində cari əməliyyat tədbiri və istintaq hərəkətləri nəticəsində ölkə miqyasında eyni vaxtda bir neçə xüsusi əməliyyat keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, həyata keçirilən tədbirlər nəticəsində iki Gürcüstan vətəndaşı saxlanılıb, onların evlərindən döyüş sursatı, müxtəlif növ elektron cihazlar, pul vəsaiti və digər vacib əşyalar da daxil olmaqla istintaq üçün mühüm olan sübutlar götürülüb.

“Həmçinin, saxlanılan şəxslərin evlərindən beynəlxalq terror təşkilatı ilə mümkün əlaqəni təsdiqləyən müxtəlif sübutlar götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə, xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə faktı ilə aparılır. İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən aparılır” – Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir.