Dövlət Təhlükəsizliyi Xidməti - ABŞ Dövlət Departamentinin hesabatına əsasən, Gürcüstan terrorizmlə mübarizə məsələlərində sarsılmaz səylərini davam etdirib və təhlükəsizlik istiqamətində ABŞ-ın güclü tərəfdaşı olaraq qalıb
Dövlət Təhlükəsizliyi Xidməti - ABŞ Dövlət Departamentinin hesabatına əsasən, Gürcüstan terrorizmlə mübarizə məsələlərində sarsılmaz səylərini davam etdirib və təhlükəsizlik istiqamətində ABŞ-ın güclü tərəfdaşı olaraq qalıb

 

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti terrorizmlə bağlı 2023-cü ilin hesabatını dərc edib. İllik hesabatda dünyanın müxtəlif ölkələri ilə birlikdə, Gürcüstan tərəfindən terrorizmə qarşı mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər qiymətləndirilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti bəyanata yayır.

Onların məlumatlarına əsasən, sənəddə vurğulanıb ki, Gürcüstan terrorizmlə mübarizə məsələlərində sarsılmaz səylərini davam etdirib və təhlükəsizlik istiqamətində Amerika Birləşmiş Ştatlarının güclü tərəfdaşı olaraq qalıb.

“Hesabatda qeyd olunub ki, Gürcüstanda terrorla bağlı vəziyyət yenə də sakit və stabil olub və terror hadisələri qeydə alınmayıb. Sənəddə bildirilir ki, 2023-cü ildə terror fəaliyyətinə görə Suriya və ya İraqa getmək baxımından heç bir Gürcüstan vətəndaşı müəyyən edilməyib.

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti hesabatında Gürcüstanın terrorizmlə mübarizədə imkanlarını müsbət qiymətləndirir. Bu kontekstdə terrorizmə qarşı mübarizədə əsas qurum kimi Dövlət Təhlükəsizliyi Xidmətinin mühüm töhfəsi vurğulanır:

“Gürcüstan, ümumiyyətlə, terror hadisələrini aşkar etmək, qarşısını almaq və onlara cavab vermək qabiliyyətinə malikdir. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terrorizmlə bağlı insidentlər və istintaqlar üzrə səlahiyyətə malikdir və Terrorla Mübarizə Mərkəzi vasitəsilə Gürcüstanın daxili işlər, ədliyyə və müdafiə nazirlikləri və prokurorluğu da daxil olmaqla digər qurumlarla, eləcə də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ümumiyyətlə yaxşı təchiz olunub və hazırlanıb və onun terrorla mübarizə bölməsi beynəlxalq tərəfdaşlardan müntəzəm təlimlər və avadanlıq almağa davam edir və daxili təlimlər keçirir”.

Dövlət Departamenti tərəfindən dərc edilmiş sənəddə vurğulanıb ki, 2023-cü ildə Gürcüstan ikinci, 2022-2026-cı illər üçün Milli Terrorla Mübarizə Strategiyasını və Fəaliyyət Planını həyata keçirməyə davam edib.