Dövlət Təhlükəsizliyi Xidməti - 2025-ci ildə Gürcüstan və bütövlükdə Cənubi Qafqaz bir-biri ilə qarşı-qarşıya olan böyük oyunçuların rəqabətinin əsas bölgələrindən biri olaraq qalırdı
Dövlət Təhlükəsizliyi Xidməti - 2025-ci ildə Gürcüstan və bütövlükdə Cənubi Qafqaz bir-biri ilə qarşı-qarşıya olan böyük oyunçuların rəqabətinin əsas bölgələrindən biri olaraq qalırdı

 

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, 2025-ci ildə Gürcüstan və bütövlükdə Cənubi Qafqaz bir-biri ilə qarşı-qarşıya olan böyük oyunçuların rəqabətinin əsas bölgələrindən biri olaraq qalırdı.

Dövlət Təhlükəsizliyi Xidməti parlamentə təqdim edilən illik hesabatında Rusiya-Ukrayna silahlı münaqişəsinin və Yaxın Şərqdə inkişaf edən proseslərin regionun təhlükəsizlik mühitinə yenə də əhəmiyyətli dərəcədə təsir göstərdiyini qeyd edir.

Qurumun bəyanatına əsasən, ötən illərdə olduğu kimi, hesabat dövründə ölkədə ayrı-ayrı xarici və daxili oyunçulardan gələn hibrid təhlükələrin səviyyəsi yenə də yüksək səviyyədə qorunub saxlanmışdı.

“Gürcüstanda siyasi mühitin destabilizasiyası və hakimiyyətin zorakı yolla dəyişdirilməsinə cəhd də daxil olmaqla, dırnaqarası “yumşaq güc”, gizli əməliyyatlar və informasiya müharibəsi vasitələrindən istifadə etməklə ölkənin milli maraqlarına qarşı müxtəlif növ aktiv tədbirlər həyata keçirilirdi” – hesabatda deyilir.

Qurumun məlumatına əsasən, hibrid müharibə vasitələrindən istifadə etməklə ayrı-ayrı xarici ölkənin xüsusi xidmət orqanları ölkənin maraqlarına qarşı yönəlmiş müxtəlif növ kəşfiyyat və operativ tədbirlər həyata keçirirdilər.

“Xarici ölkənin xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətində iştirak edən, Gürcüstanda əməliyyat və agentlik görüşləri keçirən, maraq dairələrində olan obyektlər və təşkilatlarla əlaqə quran şəxslər müəyyən edilib. Əməliyyat fəaliyyəti nəticəsində xarici ölkələrin xüsusi xidmət orqanlarının və onlarla əlaqəli ola biləcək şəxslərin kəşfiyyat xarakterli məlumatı əldə etməyə çalışdıqları şəxslər dairəsi müəyyən edilib” – hesabatda deyilir.