Dövlət Təhlükəsizliyi Xidməti - Əməkdaşımızın dünyasını dəyişməsinin çox ağır faktı ilə əlaqədar spekulyativ bəyanatlar yayılır, hər kəsdən manipulyativ bəyanatlardan çəkinməyi çox hörmətlə xahiş edirik
Dövlət Təhlükəsizliyi Xidməti - Əməkdaşımızın dünyasını dəyişməsinin çox ağır faktı ilə əlaqədar spekulyativ bəyanatlar yayılır, hər kəsdən manipulyativ bəyanatlardan çəkinməyi çox hörmətlə xahiş edirik

 

Dövlət Təhlükəsizliyi Xidmətində bəyan edirlər ki, DTX-nın Antikorrupsiya Agentliyinin baş müfəttişinin dünyasını dəyişməsinin çox ağır faktı ilə əlaqədar müəyyən şəxslər tərəfindən spekulyativ bəyanatlar yayılır, bu da dünyasını dəyişmiş şəxsin ailəsinin, dostlarının və həmkarlarının ağrısını daha da ağırlaşdırır.

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşının ölümünə görə kədərini ifadə edir və ailəsinə, yaxınlarına, dostlarına və əməkdaşlara başsağlığı verir.

“Bir daha əməkdaşımız, Antikorrupsiya Agentliyinin baş müfəttişi Simon Tsakadzenin dünyasını dəyişməsinə görə dərin hüznlə kədərimizi ifadə edirik və ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı veririk.

Onun dünyasını dəyişməsi bizim üçün böyük faciə və itkidir. Simon Tsakadze 2015-ci ildən etibarən xidmətimizdə çalışıb və işinə sədaqəti və yüksək peşəkarlığı ilə seçilən ləyaqətli, təcrübəli işçi idi.

Çox ağır fakt ilə əlaqədar müəyyən şəxslər tərəfindən spekulyativ bəyanatlar yayılır, bu da dünyasını dəyişmiş şəxsin ailəsinin, dostlarının və həmkarlarının ağrısını daha da ağırlaşdırır.

Hər kəsdən manipulyativ bəyanatlardan çəkinməyi və dünyasının dəyişmiş şəxsin xatirəsinə hörmətlə yanaşmağı xahiş edirik” – DTX-da bildirirlər.

Tbilisi Prokurorluğunun İstintaq İdarəsi Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşının dünyasını dəyişməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başladıb.