Dövlət Təhlükəsizliyi Xidməti - Rusiyanın işğalçı qüvvəsi tərəfindən qanunsuz olaraq saxlanılan Qiorqi Mosiaşvili sərbəst buraxılıb və mərkəzi hakimiyyət tərəfindən nəzarət edilən ərazidədir
Rusiyanın işğalçı qüvvəsi tərəfindən qanunsuz olaraq saxlanılan Qiorqi Mosiaşvili sərbəst buraxılıb və mərkəzi hakimiyyət tərəfindən nəzarət edilən ərazidədir – bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.
“Qiorqi Mosiaşvilinin qanunsuz həbsdən azad edilməsi prosesində Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) birbaşa iştirakı ilə fəaliyyət göstərən “qaynar xətt” mexanizmindən, eləcə də mərkəzi hakimiyyətin sahib olduğu bütün müvafiq vasitələrdən fəal şəkildə istifadə edilirdi. Gürcüstanın mərkəzi hakimiyyəti beynəlxalq tərəfdaşlara mütəmadi olaraq məlumat verirdi.
Məsələ İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizmi formatında keçirilən görüşlərdə, eləcə də Cenevrə Beynəlxalq Müzakirələrində müzakirə olunurdu.
Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işi davam etdirir.
Gürcüstanın işğal altındakı bölgələrində və işğal xətti boyunca törədilmiş bütün destruktiv hərəkətlərə görə Rusiyanın işğalçı qüvvəsi məsuliyyət daşıyır” – Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd olunub.