Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkənin xüsusi xidmət orqanının əməkdaşlarının tapşırığı ilə məlumatın toplanması və ötürülməsi ittihamı ilə yüksək vəzifədə çalışan dövlət qulluqçusunu saxlayıb
Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkənin xüsusi xidmət orqanının əməkdaşlarının tapşırığı ilə məlumatın toplanması və ötürülməsi ittihamı ilə yüksək vəzifədə çalışan dövlət qulluqçusunu saxlayıb

 

Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat departamenti tərəfindən son bir neçə ay ərzində intensiv rejimdə həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində, casusluq, konkret olaraq xarici ölkənin xüsusi xidmət orqanının əməkdaşlarının tapşırığı ilə məlumatın toplanması və ötürülməsi ittihamı ilə Gürcüstanın bir vətəndaşı saxlanılıb – bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bəyan ediblər.

DTX-da bəyan etdikləri kimi, müxtəlif, o cümlədən gizli istintaq hərəkətləri nəticəsində əldə edilən dəlillərlə müəyyən edilib ki, dövlət qurumlarından birində yüksək vəzifədə çalışan dövlət qulluqçusu ölkənin maraqlarına zidd olaraq, özünün hazırkı xidməti mövqeyi, keçmişdə tutduğu vəzifələr və müxtəlif qurumlarda mövcud şəxsi əlaqələri vasitəsilə xarici ölkənin xüsusi xidmət orqanlarının maraqlarının xeyrinə sistematik şəkildə məlumat əldə edir və onlara ötürürdü.

“Saxlanılan şəxs xarici ölkənin xüsusi xidmət orqanının nümayəndəsi ilə yüksək səviyyədə təşkil olunmuş, konspirativ xarakterli sistematik təmaslara malik olub. Görüşlər şifrələnmiş ikitərəfli rabitə vasitəsilə planlaşdırılır və əvvəlcədən razılaşdırılmış gizlilik şərtlərinə ciddi riayət olunmaqla müxtəlif yerlərdə keçirilirdi. Məlumatın ötürülməsi həm üzbəüz təmas, həm də elektron vasitələrdən istifadə olunmaqla həyata keçirilirdi. Xarici ölkənin xüsusi xidmət orqanına verilən məlumat müxtəlif kateqoriyalı məxfi məlumatları əhatə edirdi və bu məlumatlar Gürcüstanda gedən siyasi-iqtisadi proseslər, güc və təhlükəsizlik strukturlarında mövcud vəziyyət, etnik və dini azlıqlar haqqında məlumat, eləcə də məlumatın ötürülməsini sifariş edən tərəf üçün maraqlı olan digər məlumatlarla bağlı olub.

Bundan başqa, əldə edilən dəlillərlə müəyyən edilib ki, xarici ölkənin kəşfiyyat xidmətinin nümayəndəsinin tapşırığı ilə saxlanılan şəxs media sahəsinin nümayəndələrini cəlb etmək və qeyd olunan şəbəkədən istifadə etməklə, xarici ölkənin kəşfiyyat xidmətinin maraqlarına uyğun şəkildə, region ölkələri də daxil olmaqla kəşfiyyat xarakterli məlumat əldə etmək məqsədi daşıyan informasiya platformalarının yaradılması üzərində də işləyib. Təqsirləndirilən şəxs qeyd olunan fəaliyyətləri maddi mənfəət əldə etmək məqsədi ilə həyata keçirib. İş üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsi ilə aparılır, bu da 8 ildən 12 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – Dövlət Təhlükəsizliyi Xidmətində bəyan ediblər.