Dövlət Təhlükəsizliyi Xidməti - Cinayətkar əməllərin təşkilatçıları dekabrın 14-də Gürcüstanın prezident seçkiləri prosesinin baş tutmamasını və bütün yollarla prezidentin seçilməsinə maneə olmağı planlaşdırırlar
Cinayətkar əməllərin təşkilatçıları dekabrın 14-də Gürcüstanın prezident seçkiləri prosesinin baş tutmamasını və bütün yollarla prezidentin seçilməsinə maneə olmağı planlaşdırırlar – bu haqda Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayır.
DTX-nın məlumatına əsasən, cinayətin təşkilatçıları tərəfindən xüsusilə cari həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri, eləcə də qismən cümə günü vəziyyətin mümkün qədər gərginləşdirilməsi nəzərdən keçirilir ki, bu da tələfatla nəticələnməlidir.
“Dövlətin təhlükəsizliyi və vətəndaşların dinc yanaşı yaşaması maraqlarından irəli gələrək, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən, dövlət hakimiyyətinin zorakılıq yolu ilə devrilməsi faktı üzrə başladılmış iş üzrə istintaq tərəfindən əldə edilmiş materialları keçmişdə dəfələrlə ictimaiyyətlə bölüşmüşük.
Nəzərinizə çatdırırıq ki, Tbilisi şəhərində parlament binası yaxınlığında davam edən aksiyalarda etiraz ruhu azalan kimi, cinayət planının icraçısı yerli oyunçuların müəyyən qrupu fəallaşır və onların məqsədi əhalidə etiraz ruhunu süni şəkildə artırmaqdır ki, bu da onların fikrincə, zorakılıq yolu ilə hakimiyyəti devirmək üçün istifadə edilməlidir. Azalmağa doğru gedən etiraz ruhu ilə paralel olaraq, ehtiyatla maskalanmış şəxslərin istər aksiyaların keçirildiyi yerlərdə, istərsə də ondan kənarda hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə qarşı tez-tez törətdiyi zorakılıq əməlləri buna əyani sübutdur.
Televiziyalardan birinin jurnalistlərinə edilmiş hücum xüsusilə diqqətəlayiqdir, bu da bizim tərəfimizdən sözügedən cinayət planının ehtimal olunan epizodlarından biri olaraq nəzərdən keçirilir və bu, xoşbəxtlikdən tələfat olmadan ötüşdü. İş üzrə Xüsusi İstintaq Xidməti istintaq aparır. Buradaca, iş üzrə obyektiv həqiqəti ən qısa müddətdə müəyyən etmək üçün sözügedən xidmətlə fəal əməkdaşlığa hazır olduğumuzu bildiririk.
Daxil olan məlumata əsasən, sözügedən destruktiv və cinayətkar əməllərin təşkilatçıları 2024-cü ilin dekabrın 14-də Gürcüstanın prezident seçkiləri prosesinin baş tutmamasını və bütün yollarla Gürcüstanın 6-cı prezidentinin seçilməsinə maneə olmağı planlaşdırırlar, bu da süni şəkildə hakimiyyət böhranına səbəb olacaq.
Bu məqsədlə cinayətin təşkilatçıları tərəfindən xüsusilə cari həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri, eləcə də qismən cümə günü vəziyyətin mümkün qədər gərginləşdirilməsi nəzərdən keçirilir ki, bu da 2-3 qurbanla nəticələnməlidir. Sözügedən tələfatla (qurban verilməsi ilə) etiraz ruhunu artırmağa, radikal münasibətləri təşviq etməyə çalışacaqlar, bu da onların niyətinə görə idarə olunmaz proseslərə çevrilməlidir və maskalanmış şəkildə hakimiyyətin boynuna atılmalıdır” – DTX tərəfindən yayılmış bəyanatda deyilir.