Dövlət Təhlükəsizliyi Xidməti - Dvani kəndinin yaxınlığında, işğal altındakı ərazidə qanunsuz saxlanılan iki Gürcüstan vətəndaşı azad edilib və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir
Dövlət Təhlükəsizliyi Xidməti - Dvani kəndinin yaxınlığında, işğal altındakı ərazidə qanunsuz saxlanılan iki Gürcüstan vətəndaşı azad edilib və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir

 

Cari ilin yanvarın 13-də Kareli Munisipalitetinin Dvani kəndinin yaxınlığında, işğal altındakı ərazidə qanunsuz saxlanılan iki Gürcüstan vətəndaşı azad edilib. Onlar mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədirlər – bu haqda məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

Qurumun məlumatına əsasən, qanunsuz saxlanılan Gürcüstan vətəndaşlarının azad edilməsi prosesində mərkəzi hakimiyyətin əlində olan bütün müvafiq vasitələr aktiv şəkildə istifadə olunurdu.

“Qanunsuz saxlanılan şəxslərin ən yaxşı maraqlarını nəzərə alaraq, prosesə maneə olmamaq üçün biz adların və soyadların açıqlanmasında, eləcə də digər detalların ictimailəşdirilməsində bilərəkdən təmkinli davranırdıq.

Mövcud təcrübə də göstərir ki, bu cür hallarda arzuolunan nəticəyə nail olmaq daha asandır.

Gürcüstanın mərkəzi hakimiyyəti, Dövlət Təhlükəsizliyi Xidməti işğal altındakı ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün aktiv şəkildə işləməyə davam edir” – DTX tərəfindən yayılmış məlumatda qeyd olunub.