Dövlət Təhlükəsizliyi Xidməti - Diplomatik nümayəndəlikləri təhlükəsizliyə cavabdeh xidmətlərin fəaliyyətinə hörmət etməyə və müvafiq qurumlarla razılaşdırılmamış bəyanatları yaymaqdan çəkinməyə çağırırıq
Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayır.
Bəyanatda qeyd edildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq bölmələri növbəti yalan xəbər üzərində işləyirlər.
Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatına əsasən, vətəndaşların təhlükəsizliyi xidmətin əsas prioritetidir və xidmət öz səlahiyyəti çərçivəsində bütün zəruri və təxirəsalınmaz tədbirləri həyata keçirir.
“Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəlikləri təhlükəsizliyə cavabdeh xidmətlərin fəaliyyətinə hörmət etməyə, daha çox məsuliyyət göstərməyə və müvafiq qurumlarla razılaşdırılmamış bəyanatları yaymaqdan çəkinməyə çağırırıq” – Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir.
Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi öz vətəndaşları üçün xəbərdarlıqedici bəyanat yayıb və bəyanatda səfirliyin Tbilisinin üç ticarət mərkəzində bomba partlayışı təhlükəsi barədə məlumat aldığı qeyd olunub.