Dövlət Təhlükəsizliyi Xidməti dələduzluq işi üzrə MMC "B.P. TRANS"ın direktoru, bu şirkətin əməkdaşı və nəzarətçi şirkətin üç əməkdaşını saxlayıb, "B.P. TRANS"ın sabiq direktoru barəsində isə axtarış elan olunacaq
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi tərəfindən Gürcüstanın Prokurorluğu ilə birlikdə keçirilmiş birgə tədbirlər çərçivəsində, məhkəmənin hökmü əsasında, dövlətə məxsus 4 184 249 larinin dələduzluq yolu ilə mənimsənilməsi faktı üzrə MMC “B.P. TRANS”ın direktoru V.K., bu şirkətin əməkdaşı İ.C. və nəzarətçi şirkətin üç əməkdaşı saxlanılıb.
Bu haqda Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bildiriblər.
Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatına əsasən, MMC “B.P. TRANS”ın sabiq direktoru və 100%-lik səhm sahibi, hazırda gizlənən B.P.-yə qarşı qiyabi ittiham irəli sürüləcək və barəsində axtarış elan olunacaq.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, məsələ külli miqdarda dələduzluqdan və dələduzluğa kömək etməkdən gedir, xüsusilə, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinə məxsus külli miqdarda vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsi faktından.
“Aparılmış istintaqla müəyyən edilib ki, 2021-ci ilin iyun ayından 2022-ci ilin sentyabr ayı da daxil olmaqla, elektron tenderlə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi prosesində, Kutaisi–Alpana–Mamisoni tunelinin avtomobil yolunun hissəsinin və Oni Munisipaliteti ərazisində təbii fəlakət nəticəsində zərər görmüş bəzi hissələrdə sahilbərkitmə (daşların düzülməsi) işləri həyata keçirilərkən MMC “B.P. TRANS”ın 100%-lik səhm sahibi B.P., bu şirkətin direktoru V.K., şirkətin əməkdaşı İ.C. və müqavilənin icrasına nəzarət edən şəxslər Q.K., R.P. və İ.Q.-nın yardımı ilə, dələduzluq yolu ilə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinə məxsus 4 184 249 larini ələ keçirib, bununla da dövlətə külli miqdarda əmlak ziyanı dəyib.
Qeyd olunan cinayət əməli ilə əlaqədar istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi və 25, 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi ilə aparılır, bu da cəzanın növü və tədbiri kimi 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Bundan başqa, qeyd olunan iş çərçivəsində cinayətdə iştirak etmiş digər mümkün şəxslərin müəyyən edilməsi və müvafiq hüquqi kvalifikasiyanın müəyyən edilməsi/dəqiqləşdirilməsi məqsədilə intensiv əməliyyat-axtarış tədbirləri həyata keçiririk” – DTX-da bildiriblər.
Bununla yanaşı, DTX-da keçirilən brifinqdə bildiriblər ki, Dövlət Təhlükəsizliyi Xidməti korrupsiyaya qarşı amansız mübarizəni və bu istiqamətdə ictimaiyyətin məlumatlandırılmasını davam etdirəcək.
“İctimaiyyətə demək istəyirik ki, məqsədimiz insanları saxlamaq deyil, məqsədimiz korrupsiya faktlarının qarşısını zəmanətli şəkildə almağımızdır. Müvafiq olaraq, korrupsiya sövdələşmələrində iştirak edən insanların hamısına buradaca müraciət edə bilərik – istintaqla əməkdaşlıq onların hər biri üçün qanun çərçivəsində olan ciddi güzəşt olacaq” – DTX-da bildirirlər.