Dövlət Təhlükəsizliyi Akademiyasına ali təhsil müəssisəsi statusu verilib

15:37, 14.07.2026

 

Dövlət Təhlükəsizliyi Akademiyasına ali təhsil müəssisəsi statusu verilib.

Dövlət Təhlükəsizliyi Akademiyasının məlumatına əsasən, Ali Təhsil Müəssisələrinin Avtorizasiya Şurası təqdim olunmuş sənədlər və ekspert qiymətləndirməsi əsasında müzakirə apararaq müəyyən edib ki, Dövlət Təhlükəsizliyi Akademiyası avtorizasiya standartları ilə müəyyən olunmuş tələblərə tam cavab verir, bu da akademiyaya ali təhsil müəssisəsi statusunun verilməsi üçün əsas olub.

Onların məlumatına əsasən, avtorizasiya prosesində Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzin ekspert qrupu Dövlət Təhlükəsizliyi Akademiyasına avtorizasiya səfəri həyata keçirib.

“Qiymətləndirmə zamanı akademiyanın institusional fəaliyyəti, akademik, inzibati və maddi-texniki resursları, tədris mühiti və infrastrukturu, eləcə də onların qüvvədə olan ali təhsil keyfiyyətinin təminatı standartlarına və avtorizasiya tələblərinə uyğunluğu ətraflı şəkildə öyrənilib. Dövlət Təhlükəsizliyi Akademiyası qeyd-şərtsiz avtorizasiya aldıqdan sonra Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzə “Dövlət Təhlükəsizliyi” magistr təhsil proqramının akkreditasiyası üçün müraciət təqdim edib” – Dövlət Təhlükəsizliyi Akademiyasının məlumatında deyilir.

Oxşar