Dövlət Təhlükəsizlik Xidməti - Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal olunmuş Sxinvali şəhəri yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Sxinvali şəhəri yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar, – Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, sözügedən hadisə ilə bağlı məlumat daxil olan Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i aktivləşdirib.
“Daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb. Qeyri-qanuni həbs edilən Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
“Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət Rusiyanın işğalçı qüvvələrinin üzərinə düşür”, – agentliyin bəyanatında deyilir.