Dövlət Təhlükəsizlik Xidməti psixotropik maddələrin qanunsuz şəkildə realizə edilməsinin faktlarını aşkarladı

14:22, 19.07.2018
Dövlət Təhlükəsizlik Xidmətinin antikorrupsiya agentliyinin əməkdaşları cari araşdırmanın çərçivəsində, Tbilisi və Qoridə yerləşdirilmiş 15 aptek müəssisəsində psixotropik maddələrin qanunsuz şəkildə realizə edilməsinin faktlarını aşkarladı, – bu haqda Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Qiorqi Kurdadze bu gün keçirilmiş brifinqdə bəyan etdi.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən son aylar ərzində operativ axtarış tədbirləri gedirdi ki, aptek narkomaniyası sahəsində psixotropik maddələrin realizə faktları aşkarlansın.
İdarənin məlumatına əsasən, anti-korrupsiya agentliyinin əməkdaşları, hakimin qərarı ilə Tbilisi və Qoridə axtarış  tədbirləri keçirdilər  bu müəssisələrdir: “Enela” , “Nali”, “Farma 2016”, “Farmaqid+”, ” Farma”, “M.K. Farma”, “Multi vsl”, “Datuça”, “San Firma”, “Ninfarm”, “İmedi+”, “Ninfarma”, “Farma 27”, “Nati+”, “Polisfarma” və “İmedi”.

 

 

Oxşar