Dövlət naziri Tea Axvlediani Çin Xalq Respublikasının Etnik Məsələlər üzrə Milli Komissiyasının komissarı ilə görüşüb
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Çin Xalq Respublikasının Etnik Məsələlər üzrə Milli Komissiyasının komissarı Tsin İci və onu müşayiət edən nümayəndə heyəti ilə rəsmi görüş keçirib.
Qurumun məlumatına əsasən, Dövlət Naziri Aparatının ev sahibliyi ilə baş tutan Çin Xalq Respublikasının Etnik Məsələlər üzrə Milli Komissiyasının Gürcüstana yüksək səviyyəli səfəri Gürcüstan-Çin hərtərəfli strateji tərəfdaşlığı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyır.
İki ölkə üçün aktual yanaşma və prinsipləri nəzərə alaraq, tərəflər gələcək prioritetlərə dair baxışlarını bölüşüb və sonrakı əməkdaşlığın dərinləşdirilməsinin mümkün yollarını müzakirə ediblər.
Səfər çərçivəsində Çin nümayəndə heyətinin Gürcüstanın icra və qanunverici hakimiyyətinin nümayəndələri ilə tanışlıq və işgüzar görüşlərinin keçirilməsi planlaşdırılır.