Dövlət Mühafizə Xidmətinin əməkdaşı: 4 oktyabrda Prezident Sarayının ərazisinə ikinci hücuma Zodelava, Burçuladze və Nadiradze rəhbərlik edirdi
Dövlət Mühafizə Xidmətinin əməkdaşı: 4 oktyabrda Prezident Sarayının ərazisinə ikinci hücuma Zodelava, Burçuladze və Nadiradze rəhbərlik edirdi

Tbilisi Şəhər Məhkəməsində 4 oktyabr aksiyası ilə bağlı iş üzrə məhkəmə prosesində ittiham tərəfinin daha bir şahidi – Dövlət Xüsusi Mühafizə Xidmətinin əməkdaşı Giorgi Tsevelidze sorğu-sual edildi..

Tsevenlidze iclasda 4 oktyabr tarixində Prezident Sarayı ətrafında baş verən hadisələri xatırladıb.

“Əvvəlcə jurnalistlər sarayın ərazisinə gəldilər, daha sonra aksiya iştirakçıları. Ərazinin mühafizə olunduğu və içəri daxil olmağın qadağan edildiyi, bunun qanunsuz olduğu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də əraziyə daxil oldular. Fiziki və şifahi təhqirlərə başladılar. Bir neçə dəqiqə ərzində etirazçılarla, demək olar ki, toqquşma baş verdi. Bacardığımız qədər saxlayırdıq. Qısa müddət sonra aksiyaya ikinci dalğa qoşuldu. İkinci hücuma artıq Murtaz Zodelava, Paata Burçuladze və İrakli Nadiradze rəhbərlik edirdi. Bir-iki dəqiqə ərzində binadan Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları çıxdı. Bizim əməkdaşlar da xəsarətlər aldılar”, – deyə Giorgi Tsevenlidze bildirib.