Dövlət məktəblərində birinci sinfə şagird qəbulu üçün qeydiyyat bu gün başa çatır
2026–2027-ci tədris ili üçün dövlət məktəblərində birinci sinfə şagird qəbulu üzrə qeydiyyatın son mərhələsi bu gün başa çatır.
Təhsilin İdarəolunması İnformasiya Sisteminin məlumatına görə, bu mərhələdə uşaqların qeydiyyatı yalnız boş yerlərin və ya əvvəlki mərhələlər başa çatdıqdan sonra boşalmış yerlərin olduğu dövlət məktəblərində mümkündür.
Məlumatda bildirilir ki, dövlət məktəblərində mövcud boş yerlər, tədris növbələri və sektorlar barədə məlumat Təhsilin İdarəolunması İnformasiya Sisteminin onlayn portalında yerləşdirilib.
Qeydiyyat üçün valideyn və ya qanuni nümayəndə seçdiyi dövlət məktəbinə şəxsiyyət vəsiqəsinin və uşağın doğum haqqında şəhadətnaməsinin surətlərini təqdim etməlidir.
Əlavə məlumatı Təhsilin İdarəolunması İnformasiya Sisteminin (+995 32) 2 200 220 nömrəli qaynar xətti və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əldə etmək mümkündür.