Dövlət qulluğunda yeni statusun, dövlət qulluqçusuna bərabər tutulan şəxsin qəbul edilməsi planlaşdırılır
Dövlət qulluğunda yeni statusun, dövlət qulluqçusuna bərabər tutulan şəxsin qəbul edilməsi planlaşdırılır.
Dəyişikliklərə əsasən, ümumi təhsil müəssisələri, ali təhsil müəssisələri və peşə təhsili müəssisələri istisna olmaqla, eləcə də elmi-tədqiqat, idman və ya dini fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdən başqa publik hüquqi şəxsin rəhbəri və ya rəhbərinin müavini dövlət qulluqçusuna bərabər tutulan şəxslər olacaq.
Dəyişikliklərdə qeyd olunan subyektə “Dövlət qulluğu haqqında” qanunla nəzərdə tutulmuş normaların şamil ediləcəyi dəqiqləşdirilib.
Dəyişikliklər çərçivəsində dövlət müəssisəsinin yenidən təşkili ilə əlaqədar ştat sayı azaldılacağı təqdirdə, vəzifədən azad edilən dövlət qulluqçusuna bir aylıq əməkhaqqı məbləğində kompensasiya veriləcək.