Dövlət Elektrosistemi – Elektrik enerjisinin verilişi qismən bərpa olundu və yaxın vaxtlarda bütün ölkə miqyasında bərpa olunacaq
Gürcüstanın Dövlət Elektrosisteminin məlumatına əsasən, “Enguri” SES-də elektrosistemin təcrid olunmuş rejimdə işləməsi zəruri idi, bu da ölkə miqyasında elektrik enerjisinin müvəqqəti kəsilməsinə səbəb olub.
Onların izahına əsasən, bu mərhələdə elektrik enerjisinin verilişi qismən bərpa olunub və yaxın vaxtlarda bütün ölkə miqyasında bərpa olunacaq.
“İyulun 24-25-də ölkədə baş verən sistem qəzalarından sonra “Enguri” SES-də müəyyən işlər aparılırdı. Xüsusilə, stansiyanın müvafiq avadanlıqlarını araşdırmaq məqsədilə elektrosistemin nominal tezlikdən fərqli tezliklərdə, təcrid olunmuş rejimdə işləməsi zəruri idi, bu da ölkə miqyasında elektrik enerjisinin verilişinin müvəqqəti dayanması ilə nəticələndi.
Elektrik enerjisinin bərpası məqsədilə dərhal zəruri tədbirlər görüldü və nəticədə bu mərhələdə elektrik enerjisinin verilişi artıq qismən bərpa olunub. Yaxın vaxtlarda isə elektrik enerjisinin verilişi bütün ölkə miqyasında bərpa olunacaq” – məlumatda deyilir.
Tbilisi və regionların əksər hissəsinə elektrik enerjisinin verilişi təxminən saat 20:15-də dayanıb.