Dövlət Elektrik Sistemində bəyan edirlər ki, elekrikin dayandırılmasına "İmereti" və "EnqurSES" elektrik ötürücü xəttlərinin sönməsi səbəb oldu
Dövlət Elektrik Sistemində bəyan edirlər ki, elekrikin dayandırılmasına "İmereti" və "EnqurSES" elektrik ötürücü xəttlərinin sönməsi səbəb oldu

Gürcüstan Dövlət Elektrik Sistemində paytaxt və bölgələrin bir hissəsində elekrikin dayandırılması səbəblərini aşıqlayırlar.

Dövlət Elektrik Sisteminin bəyanatında qeyd olunduğu kimi, elekrikin dayandırılmasına “İmereti” və “EnqurSES” elektrik ötürücü xəttlərinin sönməsi səbəb oldu.

“Bu gün saat 14:00-da 500 kv-lıq “İmereti” və “EnqurSES” elektrik ötürücü xəttləri qəzalı şəkildə söndü. Nəticədə elektrik enerjisinin çatdırılması Gürcüstanın əksər hissəsinə məhdudlaşdırıldı. Qəzanın likvidasiyası işləri aparılır.

“Gürcüstan Dövlət Elektrik Sistemi” qeyd olunalara görə istifadəçilərindən üzr istəyir”, – bəyanatda deyilir.

Elektrik enerjisi az öncə paytaxt və bölgələrin bir hissəsində söndü.