Dövlət Elektrik Sistemi: Ölkə üzrə elektrik enerjisinin təchizatı tam bərpa olunub

10:19, 24.07.2026

Ölkə üzrə elektrik enerjisinin verilişi tam bərpa olunub.
Gürcüstanın Dövlət Elektrik Sistemi məlumat yayıb ki, bərpa işləri bütün gecə ərzində fasiləsiz davam etdirilib.

Məlumata görə, ölkə üzrə elektrik enerjisi ötən gecə saat təxminən 00:10-da qəza səbəbindən kəsilib. Bundan dərhal sonra bərpa işlərinə başlanılıb və gecə ərzində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa edilib.

Bununla yanaşı, Gürcüstanın Dövlət Elektrik Sistemindən bildirilib ki, qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar paralel olaraq davam etdirilir.

Oxşar