Dövlət Departamentində Səudiyyə Ərəbistanında planlaşdırılan görüşün Moskvanın müharibəni bitirmək üçün danışıqlara nə dərəcədə ciddi yanaşdığını müəyyən etmək üçün ilk addım olacağını bildirirlər
ABŞ Dövlət Departamentində ABŞ və Rusiya rəsmiləri arasında Səudiyyə Ərəbistanında planlaşdırılan görüşün Moskvanın Ukraynada müharibəni bitirmək üçün danışıqlara nə dərəcədə ciddi yanaşdığını müəyyən etmək üçün ilk addım olacağını bildirirlər.
“Bu, Putinlə prezident Tramp arasında bu ilk addımın atılmasının ümumiyyətlə mümkün olub-olmayacağını müəyyən etmək üçün ilk söhbətin davamıdır.
Fikrimcə, insanlar bunu detallardan danışmaq və ya danışıqlarda hər hansı bir irəliləyiş kimi qəbul etməməlidirlər” – Dövlət Departamentinin sözçüsü Temi Brius bildirib.
Danışıqlar fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında başlayacaq. Dövlət Departamentinin məlumatına əsasən, ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkof daxildir.