Dövlət Departamenti – Rusiya prezidentinin Ukraynanın işğal olunmuş ərazilərində “hərbi vəziyyətin” elan edilməsi çarəsizlik taktikasıdır
Rusiya prezidentinin Ukraynanın işğal olunmuş ərazilərində “hərbi vəziyyətin” elan edilməsi çarəsizlik taktikasıdır, – bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi, Vedant Patel bəyan etdi.
“Rusiyanın çıxılmaz taktikalara əl atması və bu vilayətlərdə nəzarəti ələ keçirməyə çalışması təəccüblü olmamalıdır. Həqiqət budur ki, Rusiya bu bölgələrə lazım deyil və Ukraynada insanlar Rusiyanın qanunsuz işğalını və Ukrayna ərazisini güc yolu ilə ələ keçirməsini rədd edirlər. Kreml nə desə və etsə də, kağızda qərarla və ya başqa şeylə nəyisə tədbiq etməyə çalışsa da, Krım, Donetsk, Luqansk və Zaporojye Ukraynanın suveren ərazisidir”, – Patel bəyan etdi.
Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində müharibə vəziyyəti elan etdi.