Dövlət departamenti - Rus və gürcü liderlərinin, sabitliyin qorunması naminə verdikləri qərarları salamlayırıq və ümid edirik ki, Rusiyadan Gürcüstana aviareyslərin həyata keçirilməsi davam edəcək
Dövlət departamenti - Rus və gürcü liderlərinin, sabitliyin qorunması naminə verdikləri qərarları salamlayırıq və ümid edirik ki, Rusiyadan Gürcüstana aviareyslərin həyata keçirilməsi davam edəcək

Rus və gürcü liderlərinin, sabitliyin qorunması naminə verdikləri qərarları salamlayırıq və ümid edirik ki, Rusiyadan Gürcüstana aviareyslərin həyata keçirilməsi davam edəcək, – bu barədə bəyanat Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən verildi.

Bu haqda məlumatı “Amerikanın səsi” yayır.

“Amerika Birləşmiş Ştatları Rusiya iqtidarı və Duma üzvlərinin Gürcüstana qarşı qeyri-proporsiyonal reaksiyasına diqqət edirlər.

Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edirik və Rusiyaya müraciət edirik ki, Gürcüstan ərazilərinin 29 faizinin işğalına son qoysun” – deyilir ABŞ Dövlət Departamentinin bəyanatında.