Dövlət Departamenti – Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə səkkiz milyard dollardan çox silah satışını sürətləndirir
Dövlət Departamenti – Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə səkkiz milyard dollardan çox silah satışını sürətləndirir

Dövlət Departamenti – Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə təxminən səkkiz milyard dollardan çox silah satışını sürətləndirir, – bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd olunur.

Açıqlamaya görə, ölkələr arasında İsrail, Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt var. Ümumi olaraq, silahların dəyəri səkkiz milyard dolları ötür.

ABŞ Dövlət Departamenti qərarı Kongresin yan keçməklə qəbul edib. Qurumun izahına görə, ABŞ dövlət katibi “təcili vəziyyət” elan edib və bu ölkələrə silahın dərhal satılmasını tələb edib.

CNN-in yazdığına görə, bu, administrasiyanın Kongresin yan keçməklə təcili səbəbə görə fəaliyyət göstərdiyi ilk hal deyil. Martın əvvəlində Dövlət Departamenti oxşar qərarla İsrailə silah satmışdı.