Dövlət Departamenti - Beynəlxalq təşkilatlar əsl məqsədlərindən uzaqlaşırlar, seçici qrupları yaradır, vətəndaşın təsdiq etmək və ya rədd etmək imkanının olmadığı gündəmi irəli çəkməyə çalışırlar
Dövlət Departamenti - Beynəlxalq təşkilatlar əsl məqsədlərindən uzaqlaşırlar, seçici qrupları yaradır, vətəndaşın təsdiq etmək və ya rədd etmək imkanının olmadığı gündəmi irəli çəkməyə çalışırlar

 

Beynəlxalq təşkilatlar suveren millətlərin maraqlarının irəliləməsi üçün fəaliyyət göstərirlər. Onlar qlobal qanunverici orqanlar və ya mənəvi, siyasi və hüquqi səlahiyyətlərin müstəqil mənbələri deyillər — bu haqda ABŞ Dövlət Departamentinin strateji plan sənədində deyilir.

Sənədə əsasən, “beynəlxalq təşkilatlar öz seçici qruplarını yaratdıqda və heç bir vətəndaşın təsdiq etmək və ya rədd etmək imkanının olmadığı gündəmi irəli çəkməyə çalışdıqda əsl məqsədlərindən uzaqlaşırlar”.

“Amerika liderlərinin nəsilləri qlobal iştirakın mahiyyətcə yaxşı olduğuna və bunun vasitəsilə əlaqənin qlobal sülh gətirəcəyinə və böyük dövlətlər arasında rəqabəti ləğv edəcəyinə əmin idilər. Bu arzu gerçəkləşməyib və gerçəkləşməyəcək. Amerika Birləşmiş Ştatlarının bu yalnış ideyaları irəli çəkməklə təsirimizi boşa xərcləməsinə baxmayaraq, bu vaxt ərzində real rəqabətdə böyük dövlətlər arasında geri qaldıq” – sənəddə deyilir.