Dövlət Departamenti ABŞ və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqlar haqda məlumat yayır – Münasibətlərdə qıcıq yaradan amilləri həll etmək üçün məsləhətçi mexanizm yaratmağa razılaşdıq

19:34, 18.02.2025

 
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqlar haqda rəsmi məlumat yayır.

“Prezident Tramp qətlləri dayandırmaq istəyir; Amerika Birləşmiş Ştatları sülh istəyir və dünyada ölkələri birləşdirmək üçün öz gücündən istifadə edir. Prezident Tramp dünyada yeganə liderdir ki, Ukrayna və Rusiyanı bununla razılaşmağa məcbur edə bilər.

Razılaşdıq:

Müvafiq diplomatik missiyalarımızın normal fəaliyyət göstərməsini bərpa etmək üçün zəruri addımlar atmaq məqsədilə, ikitərəfli münasibətlərimizdə qıcıq yaradan amilləri həll etmək üçün məsləhətçi mexanizm yaradaq.

Ukraynada münaqişənin dayanıqlı, həyat qabiliyyətli və bütün tərəflər üçün məqbul olan şəkildə mümkün qədər tez bitməsi yolunda işləməyə başlamaq üçün müvafiq yüksək səviyyəli komandalar təyin edək.

Qarşılıqlı geosiyasi maraq doğuran məsələlər və Ukraynada münaqişənin uğurla başa çatması nəticəsində yaranacaq tarixi iqtisadi və investisiya imkanları üzrə gələcək əməkdaşlıq üçün zəmin hazırlayaq.

Bugünkü görüşlərin tərəfləri prosesin vaxtında və məhsuldar şəkildə irəliləməsini təmin etmək üçün məşğul olmağa söz verirlər.

Dayanıqlı sülhün bərqərar olması üçün bir telefon zəngi və bir görüş kifayət etmir. Biz hərəkətə keçməliyik və bu gün biz irəliyə doğru mühüm addım atmışıq” – Dövlət Departamenti tərəfindən yayılmış məlumatda deyilir.

Həmçinin, ABŞ Dövlət Departamentinin veb səhifəsində dərc olunan məlumatda qeyd olunub ki, onlar şahzadə Muhamed bin Salman Əl Səudun rəhbərliyi ilə Səudiyyə Ərəbistanı Krallığına ev sahibliyi etdiyinə görə təşəkkür etmək istəyirlər.

Oxşar