Donetsk vilayətinin İarovaya kəndinə Rusiyanın hücumu nəticəsində həlak olanların sayı 25-ə qədər yüksəlib, 18 nəfər yaralanıb
Donetsk vilayətinin İarovaya kəndinə Rusiyanın hücumu nəticəsində həlak olanların sayı 25-ə qədər yüksəlib, 18 nəfər yaralanıb

 

Donetsk vilayətinin İarovaya kəndinə Rusiyanın dünənki hücumu nəticəsində həlak olanların sayı 25-ə qədər yüksəlib, 18 nəfər yaralanıb. Müvafiq məlumatı Donetsk Hərbi Dairəsi Administrasiyasının rəhbəri Vadim Filaşin yayır.

Ukrayna Poçtunun əməkdaşları yerli sakinlərə pensiya paylayarkən Rusiya yaşayış məntəqəsinə aviasiya bombası ilə zərbə endirib. Filaşinin məlumatına əsasən, poçta məxsus avtomobilə ziyan dəyib.

Həmçinin, Rusiyanın hücumu nəticəsində Slavyanskda 15 fərdi ev, qeyri-yaşayış tikilisi və sənaye zonasına ziyan dəyib. Kramatorskda 18 çoxmərtəbəli bina, dörd inzibati müəssisə, mağaza, kafe və iki avtomobilə ziyan dəyib. Semenovka qəsəbəsində 1 nəfər həlak olub və fərdi yaşayış evinə ziyan dəyib. Konstantinovkada Rusiyanın hücumu nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.