Donetsk vilayətinin Çasiv-Yar şəhərində yaşayış evinin bombalanması nəticəsində ölənlərin sayı 15-ə qədər artdı.
Məlumatı Ukrayna mediası Donetsk vilayəti administrasiyasına istinadən yayır.
“Xilasedicilər Donbasın Çasiv-Yarda raket hücumu nəticəsində dağılan evin dağıntılarını təmizləməyə davam etdirirlər. Saat 13:00-a olan məlumata görə, ərazidə aparılan xilasetmə işləri nəticəsində 15 nəfərin cəsədi aşkar edilib, beş nəfər dağıntılar altından çıxarılıb”, – bəyanatda deyilir.
Xilasedicilərin sözlərinə görə, dağıntılar altından tapılan 3 nəfərlə əlaqə yaradılıb.
Baxmut şəhəri yaxınlığındakı Çasiv-Yarda ruslar ötən gün axşam saatlarında raket hücumu həyata keçirdilər. Raketlərdən biri beşmərtəbəli yaşayış binasına düşdü. Səhər saatlarında hücum nəticəsində 6 nəfərin öldüyü, 5 nəfərin yaralandığı, 30-dan çox insanın isə dağıntılar altında qaldığı barədə məlumat yayılmışdı.