Donetsk vilayəti Rusiya hücumları nəticəsində elektrik enerjisiz qalıb
Donetsk vilayəti Rusiya hücumları nəticəsində elektrik enerjisiz qalıb

Donetsk vilayəti Rusiya hücumları səbəbindən elektrik enerjisiz qalıb. Ukrayna mediasının məlumatına görə, bu gün səhər Rusiya hərbçiləri regionun enerji infrastrukturunu bombalayıblar.

Rusiya ordusu həmçinin Ukraynanın Xarkov vilayətini də bombalayıb, nəticədə beş nəfər, o cümlədən bir uşaq yaralanıb. Çuquyev şəhərində Rusiya Federasiyası təhsil müəssisəsinə, inzibati binaya, yaşayış kompleksinə və minik avtomobillərinə hücum edib.

Xarkovun meri İqor Terexovun sözlərinə görə, müharibə dövründə bu, bəlkə də ən çətin qış olacaq, çünki Rusiyanın məqsədi Ukraynanın enerji istehsalını tamamilə məhv etməkdir.