Donetsk vilayəti administrasiyası Rusiya hərbçilərinin Dobropilye şəhərinə hücumu nəticəsində ölən və yaralananların sayının artdığını bildirir.
Rusiyanın Ukraynanın Dobropilye şəhərinə təşkil etdiyi hücumda ölən və yaralananların sayı artıb.
Donetsk vilayəti administrasiyası ölənlərin sayının 14-ə çatdığını, 47 vətəndaşın yaralandığını bildirir. Xəsarət alanlar arasında 5 uşaq da var.
Rus qoşunları ballistik raketlərlə Dobropilyeyə hücum edib.
Polşanın baş naziri Donald Tusk sosial şəbəkədə hücuma cavab verib. Onun sözlərinə görə, “barbarlara güzəşt edəndə belə şeylər baş verir: daha çox bomba, daha çox təcavüz, daha çox ölüm”.