Donald və Melania Tramp Gürcüstan Prezidentini və onun həyat yoldaşını Milad və Yeni il münasibətilə təbrik ediblər

20:51, 14.01.2026

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilini Milad və Yeni il münasibətilə təbrik edib. Bu haqda məlumatı Gürcüstan Prezident Administrasiyası yayır.

“Zati-aliləri, Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilini və xanım Tamar Baqrationini Milad və Yeni il münasibətilə təbrik edirik. Donald və Melania Tramp” – Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilinin adına göndərilən təbrik kartında yazılıb.

Oxşar