Donald Tusk Varşava-Lublin dəmir yolu magistralında partlayışın diversiya aktı olduğunu bildirir
Polşanın Baş naziri Donald Tusk bazar günü Varşava-Lublin dəmir yolu magistralında baş verən partlayışın diversiya aktı olduğunu bildirir. Tusk bu haqda X sosial şəbəkəsində yazıb.
“Təəssüf ki, ən pis qorxular təsdiqlənib. Varşava-Lublin yolunda diversiya aktı baş verib. Partlayıcı qurğunun işə salınması dəmir yolunu məhv edib. Fövqəladə xidmətlər və prokurorluq hadisə yerində işləyir. Eyni yolda, Lublin yaxınlığında həmçinin zərə aşkar edilib” – hadisə yerində olan Donald Tusk yazır.