Donald Tusk – Tezliklə biz Avropa İttifaqının sədrliyini təhvil alacağıq, Avropa İttifaqının genişlənməsi Polşanın sədrliyi dövründə əsas diqqət olacaq

20:10, 24.10.2024

 
Avropa İttifaqının genişlənməsi Polşanın sədrliyi dövründə əsas diqqət olacaq – bu haqda Polşanın Baş naziri Donald Tusk Serbiyanın paytaxtına səfəri zamanı deyib.

Polşa Avropa İttifaqına sədrliyi yanvarda Macarıstandan təhvil alacaq.

“Tezliklə biz Avropa İttifaqının sədrliyini təhvil alacağıq. Polşanın sədrliyi dövründə genişlənmə, Serbiya ilə sıx əməkdaşlıq mənim diqqətimin mərkəzində olacaq” – Tusk Serbiyanın paytaxtı Belqradda Serbiyanın Prezidenti Aleksandr Vuçiçlə birgə mətbuat konfransında deyib.

Tuskun qeyd etdiyi kimi, Avropa İttifaqının genişlənməsi Serbiyanı əhatə etməlidir, çünki Serbiyasız Avropa İttifaqı tam olmayacaq.

“Bilirəm ki, bu, çətin prosesdir. Bilirəm ki, hər iki tərəfdə məyusluqlar var, hamı hər zaman bir-birini başa düşmür. Serbiya-Avropa İttifaqı münasibətlərində həll edə bilməyəcəyimiz və genişlənməyə mane olacaq heç bir anlaşılmazlıq və ya problem yoxdur” – Polşanın Baş naziri bildirib.

Oxşar