Donald Tusk – Rusiyanın Ukraynaya qarşı təcavüzkar hərəkətləri Polşa sərhədinə daha da yaxınlaşır
Polşanın Baş naziri Donald Tusk bildirir ki, “Rusiyanın Ukraynaya qarşı son dərəcə təcavüzkar mövqeyi” ilə əlaqədar irəlidə çox çətin həftələr və aylar var.
Donald Tuskun izahatına əsasən, Rusiyanın bu təcavüzkar hərəkətləri Polşa sərhədinə “daha da yaxınlaşır”.
“Önümüzdə Rusiyanın Ukraynaya qarşı getdikcə daha təcavüzkar mövqeyi ilə bağlı çox çətin həftələr və aylar var və təəssüf ki, Rusiyanın Ukraynaya qarşı bu təcavüzkar hərəkətləri sərhədimizə daha da yaxınlaşır” – Tusk qeyd edib.
O, həmçinin bildirib ki, Polşa hökuməti və xüsusi xidmət orqanları təhlükənin Polşa ərazisinə yayılmamasına fokuslanıblar.
“Biz Polşa tərəfində pis bir şeyin baş verməməsinə fokuslanmışıq” – Polşanın Baş naziri bəyan edib.
Donald Tusk sentyabrın 28-də baş vermiş insidentə reaksiya verib. Rusiyanın reaktiv dronu Ukrayna ərazisində, Polşa ilə Dorohusk sərhəd-keçid məntəqəsindən təxminən iki kilometr aralıya düşüb.
“Hər gecə və ya gün ərzində aviasiyamızı dəfələrlə qaldırmağa məcbur oluruq, çünki Rusiyanın Polşa sərhədi yaxınlığında – xüsusən sərhəd-keçid məntəqələrinə və sərhədyanı infrastruktura hücumları artıq sistematik xarakter alıb“ – Polşanın Baş naziri bildirib.
O, Polşanın müvafiq xidmətlərinin şərq sərhədindən kənarda yaranmış vəziyyətlə əlaqədar gücləndirilmiş hazır vəziyyətdə olduğunu deyib.