Donald Tusk - Polşada dəmir yolu magistralını Rusiya kəşfiyyatı ilə əlaqəsi olan Ukrayna vətəndaşları partladıblar
Donald Tusk - Polşada dəmir yolu magistralını Rusiya kəşfiyyatı ilə əlaqəsi olan Ukrayna vətəndaşları partladıblar

 

Polşada dəmir yolu magistralını Rusiya kəşfiyyatı ilə əlaqəsi olan Ukrayna vətəndaşları partladıblar – bu haqda Polşanın Baş naziri Donald Tusk deyib.

Polşa hökumətinin başçısı, ötən həftə dəmir yolu magistralına qarşı sabotaja görə məsuliyyət daşıyan iki nəfərin kimliyinin müəyyən edildiyini bildirib. Tusk iddia edir ki, onların məqsədi dəmir yolu fəlakətinə səbəb olmaq olub.

Polşanın Baş naziri, partlayış təşkil etməkdə şübhəli bilinən şəxslərin Polşa ərazisini tərk edərək Belarusa keçdiklərini bildirib. Onlardan biri əvvəllər Lvov məhkəməsi tərəfindən sabotaja görə qiyabi şəkildə mühakimə olunub.

Məlumat üçün bildirək ki, hadisə Polşada noyabrın 16-da Varşava-Lublin magistralında baş verib.