Polşa Donbası Rusiyanın tərkibi kimi tanımayacaq. Bu barədə Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra bildirib.
Tusk Rusiyanın bütün Donbası yalnız təhvil almaqla kifayətlənməyib, həm də onu rəsmi olaraq Rusiyanın tərkibi kimi tanımaq istədiyi barədə Rusiya mediasının yaydığı məlumatlara münasibət bildirib.
Baş nazir vurğulayıb ki, bütün ölkələr bu ərazini Rusiyanın tərkibi kimi tanımır. Eyni mövqeyini Volodimir Zelenski də açıqlayıb:
“Hətta kimsə bizim əraziləri Rusiyanın tərkibi kimi tanıyarsa, bu onlara heç nə verməyəcək”, – deyə Zelenski qeyd edib.