Donald Tusk – Ölkə digər Avropa ölkələrinin qeyri-qanuni miqrantlarla bağlı səhvlərini təkrar etməyəcək və qanunu pozan bütün əcnəbi şəxsləri ölkədən çıxaracaq
Polşanın Baş naziri Donald Tusk, ölkənin digər Avropa ölkələrinin qeyri-qanuni miqrantlarla bağlı səhvlərini təkrar etməyəcəyini və ölkənin qanununu pozan bütün əcnəbi şəxsləri Polşadan çıxaracağını bəyan edib.
O, rəsmi bəyanatını sosial şəbəkədə paylaşıb.
“Polşa digər Avropa ölkələrinin səhvlərini təkrar etməyəcək və onlar üçün ödəməyəcək. Biz sərhədimizi qeyri-qanuni miqrasiyadan qətiyyətlə qoruyuruq, öz sığınacaq siyasətimiz var, Polşa qanununu pozanları deportasiya edirik. Təhlükəsizlik məsələlərində amansız olacağıq. Brüsseldə Avropa liderlərinə də dediyim budur” – Donald Tusk qeyd edib.
Məlumat üçün bildirək ki, Polşanın Baş naziri Donald Tusk bu bəyanatı Fransanın böyük şəhərlərində etiraz aksiyalarının və qarşıdurmaların artıq bir neçə həftədir davam etməsindən sonra verib.