Donald Tusk - Müttəfiqlərdən alınmış məlumat da daxil olmaqla, Yaxın Şərqdəki müharibənin şiddətlənə biləcəyini düşünmək üçün əsasım var
Donald Tusk - Müttəfiqlərdən alınmış məlumat da daxil olmaqla, Yaxın Şərqdəki müharibənin şiddətlənə biləcəyini düşünmək üçün əsasım var

 

Polşanın Baş naziri Donald Tusk bildirib ki, yaxın günlərdə Yaxın Şərqdəki müharibə şiddətlənə bilər.

“Müttəfiqlərdən alınmış məlumat da daxil olmaqla, yaxın günlərdə sabitləşmənin az ehtimal olunduğunu düşünmək üçün əsasım var. Əksinə, gərginləşmə baş verə bilər” – Tusk jurnalistlərlə söhbətində deyib.

Donald Tusk hökumətin yanacaq qiymətlərini azaltmaq haqda qərar verdiyini izah edib. Polşanın Baş nazirinin sözlərinə əsasən, müharibənin əvvəlindən beynəlxalq yanacaq bazarları ağır vəziyyətdədir.

“Biz tez hərəkət etmək qərarına gəldik. Hökumət yanacaq bazarında vəziyyətin daha da pisləşəcəyini gözləyir” – Donald Tusk bildirib.