Donald Tusk – Müharibənin həlledici məqamında Viktor Orban Avropa sanksiyalarına mane olarsa, onun bizim deyil, Putinin komandasında oynadığı çox aydın olacaq

18:42, 25.01.2025

Polşanın baş naziri Donald Tusk bildirib ki, Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya qarşı sanksiyaların qarşısını almaqla hədələməsi Putinin komandasında oynamaq kimidir.

“Əgər Orban həqiqətən də müharibənin həlledici məqamında Avropa sanksiyalarına mane olarsa, aydın olacaq ki, Avropanın təhlükəsizliyi və gələcəyi üçün bu böyük oyunda o, bizim deyil, Putinin komandasında oynayır”. “Bu faktın gətirəcəyi bütün nəticələrlə.” – polşalı Donald Tusk sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, daha əvvəl KİV-də Macarıstan nümayəndələrinin Aİ-nin Rusiyaya qarşı sanksiyalarının uzadılması qərarı ilə razılaşmadıqları barədə məlumat yayılıb.

Oxşar