Donald Tusk Mayk Consonu Ukraynaya yardım haqqında qanun layihəsini təsdiqləməyə çağırıb
Ukraynanın Odessa şəhərində dünənki həyata keçirlən irimiqyaslı hücumdan sonra Polşanın baş naziri Donald Tusk ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Consonu son olaraq, Ukraynaya yardım haqqında qanun layihəsini təsdiqləməyə çağırıb.
Tuskun qeyd etdiyi üzrə, o, Consona Rusiyanın Odessaya endirdiyi zərbənin nəticələrini nəzərdən keçirməyi məsləhət görür.
“Odessaya baxın, spiker Conson. “Qərar vermək üçün daha nə qədər arqumentə ehtiyacınız var?”,- deyə Donald Tusk bildirib.
Rusiyanın Odessaya raket hücumu nəticəsində 20 nəfər ölüb, 73 nəfər isə yaralanıb. Bu gün Odessada matəm günüdür.