Donald Tusk Mamuka Baxtadze ilə görüşdə Gürcüstana dəstəyini təsdiqlədi
Gürcüstan-Avropa İttifaqı əməkdaşlığının yeni formatı, hansının ilk görüşü Brüsseldə keçiriləcək, yenə bir daha iki tərəfli münasibətlərin yüksək səviyyədə olmasını göstərir və sektor əlaqələrinin dərinləşdirilməsi üçün şərait yaradır, – bu barədə bəyanatlar Gürcüstanın baş naziri Mamuka Baxtadze və Avropa Şurasının prezidenti Donald Tuskla görüş zamanı verildi.
Gürcüstanın baş nazirinin mətbuat xidmətinin dediyinə görə, prezident Tusk Gürcüstan-Avropa münasibətlərinin dinamikasını müsbət dəyərləndirdi və Gürcüstana olan dəstəyini bir daha vurğuladı.
Görüş zamanı söhbət ölkədəki seçki öncəsi mühitə də toxundu. Avropa Şurasının prezidenti Gürcüstanda seçkilərin azad və ədalətli mühitdə keçirilməsi praktikasını xüsusi ilə vurğuladı və 28 oktyabrda keçirilən prezident seçkilərinin birinci turunu bu kontekstdə dəyərləndirdi.
Donald Tusk Gürcüstanın dövlət başçısını Avropa Şurasında qarşıladı.
Brüsseldə Gürcüstan iqtidarı və Avromomisiya üzvlərinin iştirakı ilə yüksək səviyyəli ilk görüş keçiriləcək.