Donald Tusk Kiyevə səfər edib
Donald Tusk Kiyevə səfər edib

Polşanın Baş naziri Donald Tusk Kiyevə gəlib.

Bu barədə Polşanın Ukraynadakı səfirliyi sosial şəbəkədə məlumat yayıb.

Donald Tusku Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Polşanın Ukraynadakı səfirinin səlahiyyətlərini icra edən Pyotr Lukaşeviç qarşılayıblar. Tuskla birlikdə Kiyevdə Polşanın maliyyə və iqtisadiyyat naziri Andjey Domanski də səfərdədir.

Xatırladaq ki, Polşanın Baş naziri Kiyevə Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə gəlib. Bir neçə gün əvvəl Donald Tusk sosial şəbəkədə dəvəti qəbul etdiyini bildirmiş, lakin səfərin dəqiq tarixini açıqlamamışdı.