Donald Tusk – İranda olan Polşa vətəndaşları dərhal ölkəni tərk etməlidirlər
İranda olan Polşa vətəndaşları dərhal ölkəni tərk etməlidirlər – bunu Polşanın Baş naziri Donald Tusk bildirib.
Hökumət başçısının sözlərinə görə, silahlı münaqişə ehtimalı səbəbindən evakuasiya bir neçə saat ərzində mümkün olmaya bilər.
“Xahiş edirəm, dərhal İranı tərk edin… və heç bir halda bu ölkəyə səfər etməyin”, – deyə Tusk vurğulayıb.